"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanması" işləri üçün tender elan edib.
Oxu.Az-ın məlumatına görə, mərkəzin İmişli rayonunda tikilməsi planlaşdırılır.
Qurum görüləcək işlər müqabilində ümumilikdə 5 milyon 611min 111 manat ödəməyi planlaşdırır.
Qaynar xətt:
(055) 224 12 12