17 
Mar
2023
10:49
20
146
4690
Virtual karabakh

Zaqatalada ərin arvadını öldürməsinin bəzi məqamları üzə çıxdı - YENİLƏNİB + TƏFƏRRÜAT

17 Mar, 2023
10:49
4690

Zaqatalada ərin arvadını öldürməsinin bəzi məqamları üzə çıxdı - YENİLƏNİB + TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada baş verən qətlin bəzi məqamları bilinib.

Oxu.Az-ın məlumatına görə, Firəngiz Yusifova və Məhəmməd Didiyev boşanma ərəfəsində olublar. Qadın uşağı ilə atası evinə gedib.

Bu gün kişi səhər saatlarında həyat yoldaşının yanına gəlib, boşanmaq istəmədiyini bildirib. Tərəflər arasında münaqişə olub.

Məhəmməd Didiyev ov tüfəngi ilə qadını qətlə yetirib.

Onların ikinci sinifdə təhsil alan oğlanları var.

10:37

Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala Rayon Prokurorluğundan verilən xəbərə görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam edir.

09:56

Zaqatala rayonunda qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə saat 9 radələrində Zaqatala şəhəri, Dədə Qorqud meydanı yaxınlığında yerləşən evdə baş verib.

Firəngiz Yusifova ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev saxlanılıb.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri