Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rol oynadığı “Son məktub” filmini izləyib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Çanaqqala Dəniz Zəfərinin 100-cü il dönümündə nümayiş olunmağa başlayan və Çanaqqala döyüşündən bəhs edən filmi həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birgə seyr edib.
Filmdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan filmi bəyəndiyini bildirib.
Qeyd edək ki, filmin baş rollarını azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, Tansel Öngel, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.
![](https://img.youtube.com/vi/HSuq3IjkaIo/sddefault.jpg)
Ərdoğan azərbaycanlı aktrisanın çəkildiyi filmi izlədi - FOTO + VİDEO