Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda sonsuzluqdan əziyyət çəkənlərin sayı açıqlandı
2021-ci il üzrə Azərbaycanda 18-29 yaş daxil olmaqla sonsuzluqdan əziyyət çəkənlərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 18-29 yaş daxil olmaqla 102 kişi, 759 qadın sonsuzluq problemindən əziyyət çəkir.
30 yaşdan yuxarı isə 341 kişi, 1313 qadın sonsuzluqdan əziyyət çəkən kimi qeydiyyata alınıblar.
2020-ci il üzrə isə Azərbaycanda sonsuzluqla bağlı aparılan statistikaya əsasən, 18-29 yaş daxil olmaqla 117 kişi, 798 qadın, 30 yaşdan yuxarı şəxslər arasında isə 680 kişi, 1290 qadın sonsuzluqdan əziyyət çəkir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilir ki, dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir. Bu, dünyanın bütün ölkələrində bütün sosial qruplara təsir göstərir. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyula bilər.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Əli Əsədov bəzi qurumlarla bağlı qərar imzaladı
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib