Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO
Xaçmazda tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, söhbət Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndindən gedir.
Sözügedən ərazidə yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və abidənin mühafizə zonasında aparılan tikinti işlərinin dərhal dayandırılması tələb olunub.
Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
Könül Cəfərli
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib
- Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahısında DƏYİŞİKLİK EDİLDİ
- Ordubadda yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa olunacaq
- Türkiyəli aktrisa "44" bədii filmindən video paylaşıb
- Azad olunmuş ərazilərdə yeni tarixi, memarlıq və arxeoloji obyektlər tapılıb