İyl
2023
13:12
143
8
1239
Virtual karabakh

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

8 İyl, 2023
13:12
1239

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iyul ayının 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dörd kiloqram 372 qram narkotik vasitə marixuana, 78 qram heroin və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin - 150” həbi aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri