Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
On dörd minə yaxın müəllim sınaq qarşısında - FOTO
İyulun 13-də Bakı şəhəri 263 nömrəli tam orta məktəbə müəllimlərin işə qəbulu üzrə test imtahanlarının izlənilməsi məqsədilə mediatur keçirilib.
Oxu.Az-ın məlumatına görə, mediaturda elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, media qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
H.Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib:
“Hər il müəllimlik peşəsinə artan maraq bizi sevindirir. Bu gün də ən böyük imtahan mərkəzlərinin birində prosesi izlədik. Bu gün müsabiqənin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub. Hazırda 29 mərkəzdə proses eyni vaxtda davam edir. 10 min vakansiya üzrə 60 minə yaxın namizəd yerləri tutmağa çalışacaq”.
O qeyd edib ki, namizədlərin hansı region üzrə imtahanlarda yüksək bal topladıqları ilə bağlı nəticələr proses bitdikdən sonra məlum olacaq.
Qeyd edək ki, vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.
Xatırladaq ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət