25 
Sen
2023
10:04
88
12
3612
Virtual karabakh

Sabiq baş nazirin qardaşı oğlu və nazirin oğlunun yenidən məhkəməsi başladı

25 Sen, 2023
10:04
3612

Sabiq baş nazirin qardaşı oğlu və nazirin oğlunun yenidən məhkəməsi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, məhkum edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar. Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib. Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb. Ali Məhkəmənin qərarına əsasən, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin sabiq baş inspektoru Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Sadiq İsgəndərov Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, Azər Baxşıyev isə Naxçıvan MR-in keçmiş baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri