28 
Sen
2023
20:50
31
496
5895
Virtual karabakh

Toyqabağı şəhid olan polis - VİDEO

28 Sen, 2023
20:50
5895

Toyqabağı şəhid olan polis - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yaxınları Baku TV-yə danışıblar.

29 yaşlı şəhidin nənəsinin sözlərinə görə, nəvəsi evini təmir etdirirmiş, noyabrın 12-də isə toyu olacaqmış.

“Balam bizi yox, Vətənini seçdi. Gecə saat 2-də getdi, səhər saat 10-da xəbəri çıxdı”, - o söyləyib.

Şəhidlik arzusunda olan Asimin anası isə övladının vətən sevgisindən bəhs edib:

“Balaca olanda ona vətənpərvərliklə bağlı şeirlər öyrədirdim. Asimə oyuncaq silah almışdıq. Deyirdi ki, bununla erməniləri öldürəcəyəm”.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri