27 
Okt
2023
17:25
16
141
1948
Virtual karabakh

Paytaxtda sürücüləri çaşbaş salan işıqforla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

27 Okt, 2023
17:25
1948

Paytaxtda sürücüləri çaşbaş salan işıqforla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qeyd olunan kəsişmədə sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün yolda təkrarlayıcı (dublyor) işıqfor mövcuddur”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov deyib.

O qeyd edib ki, paytaxt ərazisində işıqforların görüntüsünü məhdudlaşdıran ağacların budanması üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib:

“Sürücülər Nizami küçəsi ilə Rixard Zorge küçələrinin kəsişməsində  quraşdırılan yeni işıqforu aydın şəkildə görə bilirlər. Ümumilikdə isə NİİM-in əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış bəzi işıqforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib. Digər işıqforların isə düz tipli dirəkdən çıxıntılı (L-tipli) dirəyə mərhələli şəkildə dəyişdirilməsi işləri aparılır”. 

16:44

Paytaxtın Nizami küçəsi ilə Rixard Zorge küçələrinin kəsişməsində yeni quraşdırılan işıqfor sürücülər üçün problem yaradır. 

Baku.ws-in qaynar xəttinə müraciət edən sürücülər işıqforun ağacın arxasında quraşdırılmasının onların işini çətinləşdirdiyini deyirlər. Sürücülər ağacların budaqlarının işıqforun işığını gizlətməsi səbəbindən əsl problem yaşandığını bildirirlər.

Belə ki, yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri