Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gənclərin sükan arxasında etdikləri iyrənc hərəkətlərə görə DİN araşdırmalara başladı - YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gənclərin avtomobildə təhlükə saçan davranışları ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib k, həmin videogörüntülərlə bağlı araşdırmalar aparılır:
“Təəssüf ki, edilən xəbərdarlıqlara baxmayaraq, yenə də belə halda nəqliyyat vasitəsini idarə edənlərə rast gəlinir. Nəticədə ağır faciələr yaşanır”.
E.Hacıyev sürücülərə müraciət edib:
“Qaydalara ciddi riayət etsinlər, özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.
13:00
Gənclərin avtomobildə təhlükə saçan davranışları sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, “Toyota” markalı avtomobilin sürücüsü maşının yan şüşəsindən çölə çıxıb və sükan çənbərini ayağı ilə tutaraq maşını idarə etməyə başlayıb. Daha sonra yan oturacaqda əyləşən sərnişin sürücü tərəfə keçib və sükanı tutmağa çalışıb. Yenidən sükan arxasına qayıdan sürücü sərnişini qucağına alaraq avtomobili sürüb. Bu zaman arxada əyləşən sərnişinlərdən biri avtomobilin yan şüşəsindən çölə çıxıb və qarşı tərəfin yan şüşəsinə keçib. Qorxu dolu hərəkətə baş vuran gənc çətinliklə geri qayıdıb.
Qeyd edək ki, son zamanlar gənclər arasında yeniyetmə və həmyaşıdlarına pis örnək olan bu tip videolar çox paylaşılır.
"BDYPİ" teqi üzrə xəbərlər
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
Rəylər