10 
Noy
2023
09:19
176
18
931
Virtual karabakh

Atatürk Türkiyənin Gəncədəki Baş Konsulluğunda anılıb - FOTO

10 Noy, 2023
09:19
931

Atatürk Türkiyənin Gəncədəki Baş Konsulluğunda anılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar bu ölkənin Gəncədəki Baş Konsulluğunun “Nuri Paşa” zalında anım mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, şəhər ziyalıları, şəhərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu hörmətlə yad etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra isə 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri