28 
Noy
2023
13:04
2
93
1669
Virtual karabakh

Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər: Mamayı məhəlləsindən REPORTAJ - VİDEO

28 Noy, 2023
13:04
1669

Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər: Mamayı məhəlləsindən REPORTAJ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağın incisi, hər daşı, hər kəsəyi tarix qoxan gözəl Şuşa... Hər dəfə bura gələndə yeni bir şey öyrənir insan. Hər gəlişdə tarixə toxunaraq nələrsə kəşf edir.

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu dəfə Şuşanın qədim məhəllələrindən reportaj hazırlayıb.

Şuşa şəhərinin tarixi hissəsini 17 məhəllə təşkil edir. Bu məhəllələr şəhərin nisbətən aşağı hissəsi olan qərb hissəsində yerləşir. Məhəllələrin hər birinin mərkəzində meydan olub və bu meydanların ətrafında hər məhəllənin məscidi, bulağı mövcud olub. Bunlardan bir çoxu günümüzə çatıb. Bu məhəllələrdən biri də Mamayı məhəlləsidir.

Mamayı məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllə Mamay bəyin adı ilə bağlıdır.

Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Vaxtilə bu bulağın suyu əhalinin su ehtiyaclarını ödəmək üçün istifadə olunub və 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, Mamayı bulağının suyu hələ də içməyə yararlıdır. İşğal dövründə Şuşanın mərkəzində yerləşən Mamayı məscidi erməni silahlı birləşmələri tərəfindən dağıdılmışdı və növbəti etaplarda isə bu məscidi kilsəyə çevirmək istəyiblər.

Həmin süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri