28 
Noy
2023
23:04
8
160
4431
Virtual karabakh

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

28 Noy, 2023
23:04
4431

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənzilin sahəsi dövlət çıxarışında 75.2 kvadratmetr göstərildiyi halda, vətəndaş Mənzil-Tikinti Kooperativlərinə (MTK) komunnal xidmətlərə görə 87 kvadratmetr sahə üçün ödəniş edir.

Xezerxeber.az-ın məlumatına görə, bəzi MTK-lar alqı-satqı zamanı komunnal ödənişlərin məbləğini özləri təyin etdikləri kvadratmetrə əsasən müəyyənləşdirirlər. Əksər hallarda mənzilə çıxarış alarkən onun sahəsi MTK ilə imzalanan müqavilədə göstərilən kvadratmetrdən az olur.

Xidməthaqqı köhnə müqaviləyə əsasən hesablandığına görə vətəndaşlar MTK-ya daha çox ödəniş etməli olurlar.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, mülki qanunvericiliyə əsasən, mənzilin əsas sənədi dövlət çıxarışı hesab olunur və ödənişlər də orada göstərilən sahəyə görə həyata keçirilməlidir.

Yalnız dövlət çıxarışı olmadığı halda, xidməthaqqı MTK-nın vətəndaşla bağladığı müqavilə əsasında hesablana bilər.

Vətəndaşların sözlərinə görə, MTK-lar müəyyən xərclərini qarşılamaq üçün bu üsulla əlavə gəlir əldə etməyə çalışırlar.

Ekspert qeyd edib ki, MTK-lar əlavə gəlir əldə etmək üçün vətəndaşların məlumatsızlığından istifadə edirlər. Əslində çıxarış alan mənzil sahibləri MTK-ya yaxınlaşaraq müqavilənin yenilənməsini tələb edə bilərlər.

O, əlavə edib ki, qanunsuzluğa yol verən MTK-lara qarşı ciddi tədbirlər görülmədiyindən bu sahədə sui-istifadə halları dəfələrlə artıb.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri