Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının ən böyük bazarlarından birini idarə edən MMC ləğv olunur: Obyektlər söküləcək?
Bakıda “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi ləğv olunub.
“Ölkə.Az”ın məlumatına görə, “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunur.
Qeyd edək ki, ötən il şirkət yenidən təşkil olunub, ASC-dən MMC-yə çevrilib.
“8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 031,082 min manat, hüquqi təmsilçisi Rüfat Qubad oğlu Məmmədovdur.
Qeyd edək ki, “Nəsimi bazarı” adlanan ərazidə də analoji proses qeydə alınmışdı. Belə ki, ilk mərhələdə bazarın idarəsini həyata keçirən MMC ləğv edilmiş, daha sonra isə bazar özü sökülmüşdü.
"Quba" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər