30 
Noy
2023
20:30
203
39
2651
Virtual karabakh

Elşad Hacıyev: “Vətən müharibəsinə cəlb edilən DİN əməkdaşları vəzifələrini şərəflə yerinə yetirdi” - FOTO

30 Noy, 2023
20:30
2651

Elşad Hacıyev: “Vətən müharibəsinə cəlb edilən DİN əməkdaşları vəzifələrini şərəflə yerinə yetirdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) sıralarına qoşulmaq arzusunda olan gənclərlə müsahibələrdə “Torpaqlarımız işğaldadır. Hər an əmr ola bilər. Hazırsanmı?” - deyə soruşulan ilk suallardan biri bu olurdu. Cavablar həmişə qəti idi: “Bəli. Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram”.

APA xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinə cəlb edilən DİN əməkdaşları üzərlərinə düşən vəzifələri şərəflə, ləyaqətlə yerinə yetiriblər:

“Bu gün də xidmətlərini davam etdirirlər. Yadımdadır ki, Şuşa, Xankəndi ətrafında yolsuzluq şəraitində gecə postları yoxlayırdıq. Təhlükə var idi. Çünki separatçıların qalıqları meşələrə, dağlara səpələnmişdilər, təxribatlar törədirdilər. Orada DİN əməkdaşlarının təhlükəyə qarşı necə sipər olduqlarını görürdük. Hər biri orada olmanın, xidmətin qürurunu yaşayırdı. Allah şəhidlərə rəhmət eləsin”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri