30 
Noy
2023
21:11
18
75
1277
Virtual karabakh

Balakəndə bazar ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

30 Noy, 2023
21:11
1277

Balakəndə bazar ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə bazar ərazisində baş verən yanğın tam söndürülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın nəticəsində Rasim Teymur oğlu Hüseynova məxsus ümumi sahəsi 25 kv/m olan dərzi atelyesinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanan dərzi atelyeyə bitişik və yaxınlıqdakı digər ticarət obyektləri yanğından müahizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

20:46

Balakəndə bazar ərazisində yanğın baş verib.

APA-nın məlumatına görə, axşam saat 19:30-da Balakən şəhərində fəaliyyət göstərən bazar ərazisindəki ümumi sahəsi 25 kv/m olan tikiş evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, soyutma işləri aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri