Dek
2023
12:48
70
17
1058
Virtual karabakh

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara ÇAĞIRIŞ ETDİ

1 Dek, 2023
12:48
1058

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi vətəndaşlar tərəfindən cəmiyyətdə razılıqla qarşılanır”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktiki tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub:

“Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri