Dek
2023
20:50
141
5
1462
Virtual karabakh

Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu

5 Dek, 2023
20:50
1462

Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri