Dek
2023
13:35
18
370
4932
Virtual karabakh

Horadizdə əkin işləri aparan traktor tank əleyhinə minaya düşüb - YENİLƏNİB

7 Dek, 2023
13:35
4932

Horadizdə əkin işləri aparan traktor tank əleyhinə minaya düşüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

12:23

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində minaya düşən 1994-cü il təvəllüdlü vətəndaş təcili tibbi yardım vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, pasiyentdə sağ daban nahiyəsinin travması diaqnozu qeydə alınıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir.

11:57

Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri apararkən minaya düşən traktor sürücüsü ayağından xəsarət alıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əkin sahəsində iş aparan traktor tank əleyhinə minaya düşüb.

Ayağından xəsarət alan traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

11:14

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri