Dek
2023
13:04
50
4
1165
Virtual karabakh

RSXM-in baş direktoru: “Yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə tədqiqat aparacağıq”

7 Dek, 2023
13:04
1165

RSXM-in baş direktoru: “Yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə tədqiqat aparacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparacağıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yaponiyadan mütəxəssislər gələcəklər:

“Seysmik mikrorayonlaşma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir”.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri