Dek
2023
20:16
28
67
1661
Virtual karabakh

Anasını öldürməyə, azyaşlı qardaşını bıçaqlamağa görə tutulan yeniyetmənin məhkəməsi başlayır

7 Dek, 2023
20:16
1661

Anasını öldürməyə, azyaşlı qardaşını bıçaqlamağa görə tutulan yeniyetmənin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Z.-nin (şərti ad) cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu ilin avqustun 21-i Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Ə.Z saxlanılaraq istintaqa təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri