Dek
2023
22:08
14
185
1626
Virtual karabakh

Belarus vətəndaşı Gürcüstan-Azərbaycan sərhəddində ölüb

7 Dek, 2023
22:08
1626

Belarus vətəndaşı Gürcüstan-Azərbaycan sərhəddində ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Ruslan Korziuk idarə etdiyi iritonajlı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı R.Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.

45 yaşlı R.Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri