Dek
2023
23:46
113
40
1406
Virtual karabakh

Komitə sədri: “Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək”

9 Dek, 2023
23:46
1406

Komitə sədri: “Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndiyə qədər 30-a yaxın qadın dini ayinlərinin icraçısı müvafiq məscidlərə təyinatlar alıb”.

Bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qadın dini ayinlərinin icraçıları hər hansı dini mərasimi idarə etmir.

“Belə ki, qadın dini ayinlərinin icraçıları imam funksiyasını yerinə yetirmir. Onlar imamların tapşırığı ilə qadınlar arasında maarifləndirmə işinin təşkilində yaxından iştirak edirlər”, - deyə komitə sədri qeyd edib.

M.Qurbanlı, həmçinin komitənin tərkibində fəaliyyət göstərən attestasiya komissiyasının bu yaxınlarda işini davam etdirəcəyini, eyni zamanda, hazırda fəaliyyət göstərən din xadimlərinin də zaman-zaman attestasiyadan keçiriləcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri