11 
Dek
2023
17:48
111
51
1238
Virtual karabakh

Polis piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görüb - VİDEO

11 Dek, 2023
17:48
1238

Polis piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirib.

Paytaxtın Sabunçu, Qaradağ, Xətai, Nəsimi, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında təşkil olunan tədbirlər zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri