11 
Dek
2023
18:19
10
224
3367
Virtual karabakh

Qusarda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB + VİDEO

11 Dek, 2023
18:19
3367

Qusarda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində xəsarət alan altı nəfər (bir kişi, beş qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

“Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, - TƏBİB-dən bildirilib.

17:14

Qusar rayonunun Avaran kəndi ərazisində avtobusun aşması nəticəsində altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA xəbər verir ki, xəsarət alanların rayon sakinləri - Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Oksana Beydiyeva, Aysel Cavadova olduğu bildirilir.

16:22

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə altı nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri