11 
Dek
2023
17:38
203
8
3028
Virtual karabakh

DSX-nin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları artırılıb

11 Dek, 2023
17:38
3028

DSX-nin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərara əsasən, hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri