Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəmkirdə dörd yaşlı uşağın ölümü barədə açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 2019-cu il təvəllüdlü uşağın səhhətində yaranan problemlərlə bağlı dünən valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə müayinəyə gətirilib:
“Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən elə həmin gün saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirərkən xəstəxanaya qədər ölüm qeydə alınıb”.
09:24
Şəmkirdə dörd yaşlı uşaq vəfat edib.
Oxu.Az-ın məlumatına görə, rayon sakini, 2019-cu il təvəllüdlü H.Allahyarov Şəmkirdən Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib.
Onun qızılca xəstəliyindən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq yeddinci uşaq dünyasını dəyişir.
Azərbaycanda daha bir uşağın qızılcadan vəfat etməsi xəbərinə TƏBİB-dən açıqlama - YENİLƏNİB + VİDEO
İlhamə Əbülfət