Fev
2024
15:16
85
9
3351
Virtual karabakh

Bəstəkar Cavanşir Quliyevin son vəziyyəti AÇIQLANDI - VİDEO

9 Fev, 2024
15:16
3351

Bəstəkar Cavanşir Quliyevin son vəziyyəti AÇIQLANDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”.

Bu barədə Oxu.Az-a onun yaxın dostu məlumat verib.

O, bəstəkarın vəziyyətinin əvvəlki günlərə nisbətən daha yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.

Cavanşir Quliyevin qardaşı oğlu Atarəhim Qulusoy da açıqlamasında bəstəkarın sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri