12 
Fev
2024
10:30
9
96
2330
Virtual karabakh

Evində xəsarət alaraq xəstəxanaya getməkdən imtina etdi, səhər meyiti tapıldı

12 Fev, 2024
10:30
2330

Evində xəsarət alaraq xəstəxanaya getməkdən imtina etdi, səhər meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Pirəkəşkül kəndində 45 yaşlı kişinin evində meyiti aşkarlanıb.

“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü Eldəniz Alıyev fevralın 11-də gecə saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra müvazinətini itirərək yıxılıb və başının betona dəyməsi nəticəsində xəsarət alıb.

Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərib, E.Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.

Bundan sonra səhər saatlarında həyat yoldaşı Məleykə Kərimova evin yataq otağında E.Alıyevin yatmış vəziyyətdə meyitini aşkar edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri