20 
Fev
2024
22:23
12
434
5857
Virtual karabakh

Ağstafada anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib - YENİLƏNİB + VİDEO

20 Fev, 2024
22:23
5857

Ağstafada anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.

18:14

Ağstafa rayonunda ana uşağını döyüb. 

Oxu.Az-ın məlumatına görə, ana uşağının başına daşla vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:

“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri