Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Balakəndə fərdi yaşayış evi yanıb
Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanovaya məxsus, ümumi sahəsi 132 kvadratmetr olan dördotaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
"Balakən" teqi üzrə xəbərlər
- Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
- Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar
- Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub
- Fındıq bağlarının qəniminə çevrilən BÖCƏK
Ən çox oxunanlar
Rəylər