22 
Fev
2024
11:54
595
10
4363
Virtual karabakh

Nəcməddin Sadıkovun məhkəməyə gətirilməsi barədə vəsatət qaldırılıb

22 Fev, 2024
11:54
4363

Nəcməddin Sadıkovun məhkəməyə gətirilməsi barədə vəsatət qaldırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər - Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

General B.Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.

Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür.

Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələlik baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək.

Proses fevralın 28-i davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri