22 
Fev
2024
19:46
9
188
1626
Virtual karabakh

Balakənddə yas olan evdə yanğın olub: 150 min manatlıq ziyan dəyib - VİDEO

22 Fev, 2024
19:46
1626

Balakənddə yas olan evdə yanğın olub: 150 min manatlıq ziyan dəyib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakənin Gərəkli kəndində ev yanıb.

Yanğın kənd sakini Pədima Əlisoltanovaya məxsus ümumi sahəsi 132 kvadratmetr olan dörd otaqdan ibarət fərdi yaşayış evində olub.

Zərərçəkən Nizami Əlisultanovun sözlərinə görə, yanğın evdə yas mərasimi keçirilən zaman baş verib:

“Camaat içəridə oturmuşdu. Birdən dedilər ki, damın üstündən tüstü çıxır. Hər şey yanıb kül oldu. 150 min manatlıq ziyan dəyib”.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri