İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən qadın müəllim olub.
Lent.az-ın məlumatına görə, qəza zamanı həlak olan Nigar Bayramova Zaqataladandır.
O, orta məktəb müəllimi olub.
20:25
Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində MAZ markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.
Araşdırma aparılır.
Rəylər