27 
Fev
2024
13:26
10
114
1231
Virtual karabakh

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA

27 Fev, 2024
13:26
1231

Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.

Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul -  hətta 1200 manat tələb olunduğunu iddia edirlər.

Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:

“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”. 

O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:

“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri