27 
Fev
2024
14:20
80
19
938
Virtual karabakh

Xidmət rəisi: “Builki Su çərşənbəsində əvvəlki illərlə müqayisədə havanın temperaturu aşağıdır”

27 Fev, 2024
14:20
938

Xidmət rəisi: “Builki Su çərşənbəsində əvvəlki illərlə müqayisədə havanın temperaturu aşağıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperaturdadır”.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, bu gün - Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu yeddi dərəcə, Aran rayonlarında yeddi-doqquz dərəcə isti, dağlıq rayonlarda isə üç dərəcə şaxtadan iki dərəcəyədək isti olacaq.

“Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır. Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə isə 16 dərəcə isti olub. Bu gün isə yeddi dərəcəyədək isti müşahidə olunur”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri