28 
Fev
2024
23:40
37
485
12557
Virtual karabakh

Qaçırılan 15 yaşlı qız: “Apardı kəndə, başıma oyun açdı” - YENİLƏNİB + FOTO/VİDEO

28 Fev, 2024
23:40
12557

Qaçırılan 15 yaşlı qız: “Apardı kəndə, başıma oyun açdı” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən parkda gəzirdim, oğlanla orada tanış oldum. Oğlan mənə dedi ki, qaçırdım səni? Mən də inandım, amma o, məni aldatdı”.

Bu sözləri 15 yaşında qaçırılan yeniyetmə qız başına gələn hadisələr haqda Baku TV-yə danışarkən deyib.

“Məni öz kəndlərinə apardı, orada başıma oyun açdı. İstəmirdim onu. Atamgil polisə müraciət etdilər. Sonradan məni polisə apardılar. Mənə dedilər ki, polisə öz istəyimlə getdiyimi bildirim. Sonra Bakıya gətirdilər məni. Oğlan içirdi, deyəsən narkotik də istifadə edirdi. Hər gün məni döyürdü, söyürdü”, – o söyləyib.

Yeniyetmə qız onu qaçıran oğlanla iki ildir münasibətdə olduğunu söyləyib. Onun sözlərinə görə, valideynlərinin də bundan xəbəri olub.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

Ətraflı süjetdə:

18:55

Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib. 

Məsələ ilə bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.

Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

İlhamə Əbülfət

17:08

Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma başlanılıb:

“Əlavə məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri