Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasından FOTOREPORTAJ
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb.
2019-cu ildən etibarən təşkil olunan bu yarmarka şəhərimizin mərkəzində əsl Novruz ab-havası yaratmaqla yanaşı bir çox ailəyə ümid bəxş edir. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və orada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Daha sonra yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılıb.
Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanı ərazisində möhtəşəm konsert proqramı təşkil olundu. Konsert növbəti dəfə peşəkar “Özəl Media” komandası tərəfindən keçirildi. Konsertdə Tünzalə Ağayeva, Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Namiq Qaraçuxurlu və digər sevilən sənətçilər yer aldı və hər bir qonağa xoş əhval-ruhiyyə bəxş edib.
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişıq” ASC, Bakı Abadlıq Xİdməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” Təhlükəsizlik xidməti, “Strafor Kəsim” və “HazırCavab”dır. Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”R Group Holding”, ”Azərlotereya”, ”TESS”, ”Trendyol”, ”Lays”, ”Xırta-Xırt” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilib.
Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunub.
Hər il olduğu kimi, internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaqlar.
Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqımızın sevimli bayramı - Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, hər birinizi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında gözləyirik! Gəlin yazın gəlişini birlikdə qarşılayaq!
PhotoStock.az-ın sözügedən yarmarkadan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell" "Tələbələrin Akselerasiya Proqramı" üzrə layihə tərəfdaşı qismində çıxış edir
- "Azercell Biznes" rəqəmsal sənədləşmə imkanını təqdim edir
- "Azercell" COP29-un telekommunikasiya tərəfdaşıdır
- "Azercell" "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
- "Azercell"in dəstəyi ilə yaradılan "Uşaq Qaynar Xətti"nə üç ay ərzində 500-ə yaxın zəng daxil olub
Rəylər