Mar
2024
22:32
5
122
1232
Virtual karabakh

Masallıda “Mercedes” markalı iki avtomobil toqquşub, yaralılar var - VİDEO

1 Mar, 2024
22:32
1232

Masallıda “Mercedes” markalı iki avtomobil toqquşub, yaralılar var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini - Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri