Mar
2024
10:48
113
9
2050
Virtual karabakh

İçərişəhərə avtomobillərin girişinə qadağa qoyan qurum dəyişdi

4 Mar, 2024
10:48
2050

İçərişəhərə avtomobillərin girişinə qadağa qoyan qurum dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

Belə ki, Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

Qərarın əvvəlki variantı isə belə idi: “Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri