Həmyerlimiz, “For Azerbaijan” xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünyaşöhrətli futbolçu Lionel Messi ilə birgə təsis etdiyi “Join The Planet” Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.
BƏƏ-də təşkil olunmuş COP28 sədrliyinin maliyyə gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi “LinkedIn” hesabında bildirib.
“Join The Planet” (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara yönəltmək üçün yaradılmış xüsusi layihədir.
İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlim dəyişiklikləri ilə mübarizədə etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.
Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.
Artıq “Join The Planet” (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.
View this post on Instagram
"Lionel Messi" teqi üzrə xəbərlər
- Lionel Messi və Luis Suares amerikalı azarkeşlərin qəzəbinə tuş gəliblər - SƏBƏB
- "İnter Mayami" Messinin 45-ci titulunu təmtəraqla qeyd etdi
- Paolo Maldini Ronaldu və Messi arasında seçim edib
- Argentinada Messi ilə bağlı qalmaqal: İşə ölkə prezidenti də qarışdı
- Fransa Argentinanı irqçi şüarlara görə məhkəməyə verəcək
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər