14 
Mar
2024
13:24
61
8
833
Virtual karabakh

Şamaxıda palçıq vulkanında təkrar püskürmələr ola bilər - RƏSMİ

14 Mar, 2024
13:24
833

Şamaxıda palçıq vulkanında təkrar püskürmələr ola bilər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunun Məlikçobanlı kəndindəki palçıq vulkanı seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşdiyindən təkrar passiv püskürmələr müşahidə oluna bilər.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, RSXM palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.

Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəqiqə davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -“Zərnava” və “Qobustan” rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb.

Mərkəzin məlumatına görə, bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri