Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ramil Usubov Minskdə danışıqlar apardı – FOTO
Dünən Minskdə MDB ölkələrinin daxili işlər nazirlərinin Şurasının iclasında hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mühüm məsələləri müzakirə edilib.
Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, əsasən söhbət kibercinayət, nəqliyyat oğurluğu, yeni psixoaktiv, psixotrop və narkotik vasitələrin dövriyyəsindən gedib.
Polis və milis rəhbərlərinin indiki görüşləri artıq 43-cüdür. Bu dəfə Minskdə “dəyirmi masada” Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Belarus, Tacikistan, Özbəkistan nümayəndə heyətləri, eləcə də MDB İcra komitəsinin, Mütəşəkkil cinayətkarlıqla mübarizə koordinasiyası üzrə Büronun nümayəndələri toplanıb.
Eləcə də Moldova və Qazaxıstan, Azərbaycan və Özbəkistan, Moldova və Qırğızıstan DİN-nin rəhbərlərinin ikitərəfli görüşləri olub.
İclasın nəticələrinə görə, iştirakçılar Daxili İşlər Nazirlikləri Şurasının yeddi müxtəlif qərarını imzalayıblar.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər