Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

PSJ-nin prezidenti korrupsiyada şübhəli bilinir
İsveçrə prokurorluğu PSJ klubunun prezidenti Nasser Əl-Xelafiyə qarşı cinayət işi açıb.
Oxu.Az-ın məlumatına görə, o, korrupsiyada ittiham edilir.
Əl-Xelafinin rəhbərlik etdiyi “BeIN Media Group” şirkətinin 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu əldə etməsi hüquq-mühafizə orqanlarında şübhə doğurub. Müstəntiqlər hesab edirlər ki, o, FİFA-nın keçmiş baş direktoru Jerom Valkeyə rüşvət verib.
Qeyd edək ki, Jerom Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb.
S.B.
www.oxu.az
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər