Avq
2018
15:24
29
387
25844
Virtual karabakh

Kamil Zeynallı: Onu görsəm, təpiyimin altına salaram - VİDEO

6 Avq, 2018
15:24
25844

Kamil Zeynallı: Onu görsəm, təpiyimin altına salaram - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Turist” verlişinin növbəti qonağı tanınmış məşqçi Kamil Zeynallı olub.

Oxu.Az xəbər verir ki, “Fitnesi Azərbaycana mən sevdirib, tanıtmışam”, - deyən Kamil ünvanlı danışıb:

“Azərbaycanda fitnesi mən qaldırmışam. Bəlkə də, bu sözümə görə “əşi danışır da” deyənlər olacaq, amma o insanlar savadsız adamlardır. Üzümə bunu deyə bilməzlər. Amma bu faktdır ki, bu idmanı Azərbaycana mən sevdirib tanıtmışam. Efirə mən gətirmişəm. Elə bilin ki, saatın tam olmağına 11 rəqəmi var idi, 12-ci rəqəmi çatmırdı”.

O, olduqca sərt açıqlamalar verərək etdiyi hərəkətlərdən heç də peşman olmadığını dilə gətirib:

“Mən indiyə qədər kimi təhqir, tənqid etmişəmsə, əcəb etmişəm, lazım gəlsə, bir də edəcəm. Heç nədən peşman deyiləm. İstəyir jurnalisti olsun, tanınmış adam olsun, sadə adam olsun, kimi təhqir, tənqid etmişəmsə, yaxşı etmişəm.

Yaxşı at özünə qamçı vurdurmaz. Mən bu gün əziyyət çəkib bu yerə gəlmişəm ki, kimsə özünü tanımayan, şəxsiyyətsiz mənə sosial şəbəkədə artıq-əksik söz yazsın, mən də üzümü çevirib gedim o tərəfə?! Öz aləmimdə bunu özümə yaraşdırmıram. Onu həyatda da görsəm, təpiyimin altına salaram”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri