Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci fazasının inşası üzrə işlərin 85%-i tamamlanıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi, “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin iyun ayında boru xətti Yunanıstan sərhədinə çatacaq.
L.Ə.
www.oxu.az