Okt
2018
13:15
5
16
1487
Virtual karabakh

Azərbaycanlı FIFA referisi: Gözümə soyuq dəyib – YENİLƏNİB

1 Okt, 2018
13:15
1487

Azərbaycanlı FIFA referisi: Gözümə soyuq dəyib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı FIFA referisi Ömər Paşayev müvəqqəti olaraq hakimlik fəaliyyətini davam etdirməsinə aydınlıq gətirib. 

O, Oxu.Az-a açıqlamasında gözündəki problemdən danışıb:

“Hər iki göz qapağımda problem var. Göz qapağımın əzələləri yorulur, tez yumulur. Problem yanvarda Antalyada təlim-məşq toplanışında olan vaxt baş verdi. Gözümə soyuq oldu. Sonra bu problem böyüdü. Hazırda səkkiz aydır ki, bu problemdən əziyyət çəkirəm. Bu problem stressdən də yarana bilər”.

Ömər Paşayev artıq üç ölkədə müalicə aldığını bildirib:

“Oyunları idarə edərkən çətinlik çəkirəm. Ona görə də rəsmi olaraq fəaliyyətimə ara vermək üçün icazə aldım. İran, Rusiya və Almaniyada artıq müalicə almışam. Dərmanlar atıram, alman həkimlər deyib ki, düzələcək. Noyabrda Almaniyaya müayinə üçün gedəcəyəm”.

Image result for Ömər Paşayev

12:07

Azərbaycanlı FIFA referisi Ömər Paşayev bir il müddətinə hakimlik etməyəcək. 

Oxu.Az-ın xəbərinə görə, buna səbəb onun gözlərində yaranan problemdir.

Buna görə AFFA ona müalicə alması üçün vaxt verib.

Bu isə o deməkdir ki, yeni ildə FIFA referilərimizin heyətində dəyişiklik olacaq. Onun yerinə FIFA-ya ingilis dilində danışmağı bacaran Rauf Cabbarovun adının göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, gözündəki problemlərə görə Ömər Paşayev cari mövsüm Premyer Liqa oyunlarında yalnız dördüncü hakim funksiyasını yerinə yetirib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri