“Qarabağ”ın “Arsenal” ilə Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün təyinatlar açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, oktyabrın 4-də keçiriləcək qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi Davide Massa, yan xətt hakimləri Filippo Meli və Alessandro Kostantso olacaqlar.
Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20:55-də başlayacaq.