30 
Noy
2018
00:20
66
528
12803
Virtual karabakh

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi

30 Noy, 2018
00:20
12803

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib:

“Çox üzücü məğlubiyyət aldıq. Bəlkə də ən yaxşı oyunlarını bizə qarşı keçirdilər. Biz bu gün rəqibdən zəif oynadıq. Oyunumuzdan razı qalmadım. Bu, bizim əsl gücümüzü göstərdi.

Bəli, mən Kosovo ilə oyundan sonra da bu cümləni işlətmişdim. İnkişaf etmək üçün gərək hər şeyə sıfırdan başlanılsın. Mənə ən çox təsir edəni evdə bu cür hesabla uduzmağımız oldu. Ümumiyyətlə, heç vaxt Bakıda məğlub olmağı sevməmişəm. 

Biz ancaq belə oyunlardan öyrənib, təcrübə toplaya bilərik. Belə qollar buraxmaq olmazdı.

Futbolçularımız şəhid ailəsi uşaqları ilə meydana çıxmağın məsuliyyətini dərk edirdi. Biz də istəməzdik ki, belə hesab qeydə alınsın”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri